...

Azərbaycan poçtu ölkənin regionlarında bankomatlar şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 3 Dekabr 2012 14:59 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC regional poçt şöbələrində bankomatlar şəbəkəsinin genişləndirilməsinə başlayıb.
Azərbaycan poçtu ölkənin regionlarında bankomatlar şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC regional poçt şöbələrində bankomatlar şəbəkəsinin genişləndirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə MMC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bankomatlar poçt operatorunun 30 regional filialında, əsasən mərkəzi poçt şöbələrində yerləşdiriləcək.

Bu gün layihənin reallaşdırılması çərçivəsində "Azərpoçt"un həyata keçirdiyi işlərin əhəmiyyətli hissəsi başa çatmaqdadır. Azərbaycanın böyük şəhərlərində yerləşdirilmiş "Azərpoçt"un şöbələri bankomatlarla təchiz edilirlər.

Həmçinin gələcəkdə kənd yerlərində və qəsəbələrdə poçt şöbələrini əhatə etməsi planlaşdırılan POS-terminalların quraşdırılması üzrə işlər aparılır.

Bu gün POS-terminallar Azərbaycanın Astara, Qax, Yevlax, Lənkəran, Samux və Lerik rayonlarındakı poçt şöbələrində quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti