Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Füzuli rayonunun Əhmədbəyli kəndində və Xızı rayonunda yerləşən stansiyalardan yayım keyfiyyətini yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İB-nin yaydığı məlumatda deyilir.
Bu teleradio stansiyalarındakı 100.2 MHz tezlikdə fəaliyyət göstərən 250 Vt-lıq FM vericilər daha güclü və müasir tipli "Vigintos Elektronika" şirkətinin istehsalı olan 1000 Vt-lıq FM vericilərlə əvəz olunub.