...

Azərbaycanda elmi araşdırmaların lazımi informasiya dəstəyinə ehtiyacı var

Telekommunikasiya Materials 22 Aprel 2013 15:47 (UTC +04:00)
Elmi araşdırmaların aparılması əsas məqsəd olsa da, əldə olunan nəticələrin gələcəkdə dünyada tanınması üçün lazımi dəstək olmayacağı təqdirdə, qənaətbəxş amil olmaya bilər.
Azərbaycanda elmi araşdırmaların lazımi informasiya dəstəyinə ehtiyacı var

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Vəliyev/

Elmi araşdırmaların aparılması əsas məqsəd olsa da, əldə olunan nəticələrin gələcəkdə dünyada tanınması üçün lazımi dəstək olmayacağı təqdirdə, qənaətbəxş amil olmaya bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev "Beynəlxalq elmi jurnalların tələbləri" mövzusunda tədqiqatçılar üçün keçirilən seminarda çıxışı zamanı deyib.

Babayevin sözlərinə görə, bu tapşırığı yerinə yetirmək üçün elmi materialların nüfuzlu beynəlxalq nəşrlərdə dərc edilməsi, habelə onlar üzrə istinadlar əldə etmək tələb olunur.

Adətən, xaricdə alimlər elmi məqalələr hazırlayarkən bir-birilərini məlumatlandırmaqla fəaliyyət göstərməyə üstünlük verirlər, yəni materialı hazırlayarkən riyazi hesablamalardan məqalənin yazılmasınadək olan müxtəlif tapşırıqları öz aralarında bölüşməklə komanda şəklində işləyirlər. Nəticədə keyfiyyətli yekun məhsul əldə edilir. Bizdə təbii ki, bu proses "bir teatrın aktyoru" prinsipi üzrə həyata keçirilir, yəni hər şey bir nəfər tərəfindən aparılır. Əksər hallarda yekun iş tələb edilən meyarlara uyğun gəlmir və təəssüf ki, dərc edilmir", - Babayev qeyd edib.

Onun sözlərinə görə, digər önəmli məsələ odur ki, bəziləri bu və ya digər nəşrin ciddiliyini nəzərə almayaraq, məqalələrin bir sıra jurnallara göndərilməsini təcrübədən keçirirlər ki, bu da düzgün deyil. Belə ki, yekunda onların elmi işləri "qara siyahı"ya düşür və bundan sonra onların tanınmış elmi nəşrlərdə olması qeyri-mümkün görünür.

Babayev deyib ki, belə amilləri aradan qaldırmaq üçün bu sahədə təlimlərin keçirilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti