...

"Nar Mobile" ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən turnirə dəstək olub (FOTO)

Telekommunikasiya Materials 7 May 2013 16:53 (UTC +04:00)
Hər zaman jurnalistlərin təşəbbüslərini dəstəkləyən "Nar Mobile" mobil operatoru ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən voleybol turnirinə dəstək olub.
"Nar Mobile" ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən turnirə dəstək olub (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Hər zaman jurnalistlərin təşəbbüslərini dəstəkləyən "Nar Mobile" mobil operatoru ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən voleybol turnirinə dəstək olub. Belə ki, aprel ayının 10-dan etibarən "Səs", "İki sahil" və "Yeni Azərbaycan" qəzetlərinin təşkilatcılığı ilə keçirilən turnir mayın 6-da başa çatıb.

Turnirdə YAP rayon təşkilatlarından 12 komanda və jurnalistlərdən ibarət 10 komanda iştirak edib. Turnirin qalibi Yasamal rayon YAP təşkilatının komandası olub.

"Nar Mobile" yarandığı gündən etibarən jurnalistlərlə əməkdaşlığa önəm verərək, onların təşəbbüslərini dəstəkləyib. Bu dəfə də media nümayəndələri tərəfindən irəli sürülən bu maraqlı turniri dəstəkləmək qərarına gəldik. Bütün komandalar çox maraqlı bir oyun nümayiş etdiriblər. Biz qalib komandanı təbrik edirik", - "Azerfon" şirkətinin baş direktoru Kent Maknili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti