...

195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 23 mindən çox müraciət edilib

Telekommunikasiya Materials 9 Yanvar 2014 17:06 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə dekabr ayında 540-dan çox müraciət daxil olub.
195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 23 mindən çox müraciət edilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə dekabr ayında 540-dan çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 23 mindən çox müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti