...

195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın müraciət daxil olub

Telekommunikasiya Materials 16 Sentyabr 2014 16:49 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayında 600-ə yaxın müraciət daxil olub.
195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayında 600-ə yaxın müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə dair digər məsələlərlə bağlı olub.

Ümumiyyətlə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 27 minə yaxın müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti