...

"Azercell" müharibə veteranları üçün yeni kampaniyaya başladı

Telekommunikasiya Materials 3 Aprel 2015 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" hər zaman diqqət və qayğısını əsirgəmədiyi müharibə veteranı olan abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən başlayaraq xüsusi kampaniya keçirir.

Belə ki, müharibə veteranları statusuna malik Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. "Azercell" tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Qeyd edək ki, "Azercell Telekom" 3 ildir davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə edib.

Daha ətraflı məlumat: üçün [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti