...

Azərbaycanda "WhatsApp" çökdü

Telekommunikasiya Materials 19 Yanvar 2020 16:37 (UTC +04:00)
Azərbaycanda sosial şəbəkə istifadəçiləri bir saatdan artıqdır ki, "WhatsApp"ın işindən narazılıq edir.
Azərbaycanda "WhatsApp" çökdü

Bakı. Trend:

Azərbaycanda sosial şəbəkə istifadəçiləri bir saatdan artıqdır ki, "WhatsApp"ın işindən narazılıq edir.

Trend-in məlumatına görə, proqramda ismarışları, o cümlədən səsli mesajları nə göndərmək, nə də qəbul etmək mümkündür.

Şirkətdən müəyyən problemlərin olduğu təsdiqlənib və xidmətin yenidən nə zaman aktivləşəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "WhatsApp" smartfonlar üçün nəzərdə tutulub və mətn, foto, video və audio şəkildə informasiya paylaşmaq imkanı verir, son illərdə isə bu tətbiqlə zəng etmək də aktivləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti