...

"Facebook" şəbəkəsinin işində problemlər müşahidə olunub

Telekommunikasiya Materials 17 Aprel 2020 05:54 (UTC +04:00)
"Facebook" şəbəkəsinin işində problemlər müşahidə olunub

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə Downdetector servisinin saytinda bildirilib.

Nasazlıqlar barədə şikayətlər ən çox ABŞ, Braziliya, Peru, Yaponiya, Avstraliya, Sinqapur və Filippindən gəlir.

İstifadəçilərin təxminən 67 faizi hesablarına daxil ola bilmir, 19 faizi lenti izləməkdə çətinlik çəkir və 12 faizi sosial şəbəkə ilə bağlantının tamamilə olmamasından şikayətlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti