...

Azərbaycanda rəqəmsal mühitə tam keçid üzrə iş görülür

Telekommunikasiya Materials 20 Aprel 2023 13:05 (UTC +04:00)
Azərbaycanda rəqəmsal mühitə tam keçid üzrə iş görülür
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan innovasiyalar, insan kapitalı, texnologiya şirkətləri ekosisteminə kapitalqoymanı, həmçinin yeni hüquqi bazanın formalaşmasını hədəfləyir.

Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev “Biznesin rəqəmsal gələcəyi və kibertəhlükələrdən mühafizə” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda istər yerli, istərsə də xarici İT şirkətlər və mütəxəssislər üçün əlverişli şərait yaradılıb və bu iş davam etdirilir.

"Biz hazırda dövlər, ictimai və biznes layihələrin rəqəmsallaşması və inkişafı üzrə layihələr üzərində işləyirik, müvafiq strategiyalar hazırlayırıq və koordinasiya aparırıq. Bildiyiniz kimi, Azərbaycanda süni intellektdən geniş istifadə olunur, dövlət orqanları tərəfindən müvafiq strategiya hazırlanıb və yaxın zamanda qəbul edilməsi gözlənilir. Biz həmçinin tamamilə rəqəmsal mühitə keçid üzərində işləyirik və kağız kargüzarlığından yüz faiz imtinanı hədəfləyirik", - Şahin ƏIiyev deyib.

O həmçinin bu il fərdi məlumatların mühafizəsi üzrə qanun layihəsinin qəbulunun gözlənildiyini bildirib.

"Bu qanun layihəsi Avropanın GDPR standartları ilə uyğunlaşdırılıb. Qeyd edim ki, demək olar ki, cəmiyyətə qarşı bütün kiberhücumlar fərdi məlumatların oğurlanmasına yönəlib və bununla əlaqədar olaraq daha qabaqcıl həllərin tətbiqi üçün hüquqi bazanın optimallaşdırılması zəruridir", - Agentlik sədrinin müşaviri deyib.

Həmçinin, onun sözlərinə görə, gələn ilin sonunadək bütün Azərbaycan ərazisi fiber-optik internet rabitəsi ilə təmin olunacaq.

"Müvafiq mütəxəssislər qoyulan hədəflərin əldə edilməsi üzrə irimiqyaslı işlər görürlər və əminik ki, 2024-cü ilin sonunadək Azərbaycanın ən ucqar kəndi də sürətli internetlə təmin olunacaq", - Şahin Əliyev deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti