...

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentiyi Azərbaycanda poçt xidmətləri üzrə pilot layihə başladacaq

Telekommunikasiya Materials 17 May 2023 12:46 (UTC +04:00)
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentiyi Azərbaycanda poçt xidmətləri üzrə pilot layihə başladacaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentiyi Azərbaycanda poçt xidmətləri üzrə pilot layihəni işə salacaq.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentiyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

"Vətəndaşlar poçta gəldikdə onlara oflayn xidmətlərin göstərilməsində dəstək göstərməyə davam edəcəyik. Lakin yeni servis əsasən poçt xidmətlərinin oflayn formatdan onlayn formata keçirilməsinə yönələcək", - o deyib.

Onun sözlərinə görə, agentlik kiçik və orta biznesin rəqəmsallaşmasını, həmçinin Azərbaycan bazarına çıxmaq istəyən İT şirkətləri dəstəkləyir.

O həmçinin hazırda agentliyin əsas məqsədinin vətəndaşyönümlü yanaşma olduğunu qeyd edib. Elə etmək lazımdır ki, hər kəs bir düyməyə basmaqla elektron xidmətlərə çıxış əldə edə bilsin.

"Hazırda Dünya Bankı və digər tərəfdaşlarımızla birlikdə bu məsələləri öyrənməyə davam edirik", - İ.Vəliyeva deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti