...

Zukerberq "Meta Quest 3" VR dəbilqəsini təqdim edib

Telekommunikasiya Materials 2 İyun 2023 02:04 (UTC +04:00)
Zukerberq "Meta Quest 3" VR dəbilqəsini təqdim edib

Bakı. Trend:

Meta şirkətinin rəhbəri Mark Zukerberq yeni "Meta Quest 3" virtual reallıq dəbilqəsini təqdim edib.

Trend bu barədə "Meta" şirkətinin bloquna istinadən xəbər verir.

Qeyd olunur ki, bu yeni nəsil virtual və qarışıq reallıq dəbilqəsi bu ilin sonunda buraxılacaq. "Meta Quest 3" 128 GB daxili yaddaşla satışa çıxarılacaq və qiyməti 499,99 dollardan başlayacaq. Dəbilqə yeni nəsil "Snapdragon" prosessoru ilə təchiz edilib və onunla birlikdə kontrollerlər də verilir.

Şirkət bildirir ki, dəbilqə həm də əvvəlki "Quest 2" modeli ilə müqayisədə daha yüksək ayırdetmə displeyi alıb. Bundan başqa, yeni dəbilqə öncəkindən 40% yüngüldür.

Qarnitura haqqında təfərrüatlar sentyabrın 27-də "Meta Connect" tədbirində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti