...

"WhatsApp"ın işində yaranan problemlər aradan qalxdı

Telekommunikasiya Materials 20 İyul 2023 00:57 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" mesencerinin işində yaranan problemlər aradan qalxıb.

Trend xəbər verir ki, mesencerin tətbiqində, mesajların göndərilməsində və alınmasında yaranmış problemlər qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" mesencerinin işində problem yaranmışdı.

Populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı "WhatsApp"da problemlərin müşahidə edilməsi ilə bağlı dünya üzrə 30 minə yaxın şikayət daxil olduğunu bildirmişdi.

İstifadəçilərin əksəriyyəti mesajların göndərilməsində (56 faiz), tətbiqdə (41 faiz) və mesencerin veb-versiyasında (4 faiz) problemlərlə üzləşmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti