...

Yeni ROG Zephyrus G16 - güc və tərzin ideal uyğunluğu

Telekommunikasiya Materials 4 Mart 2024 11:41 (UTC +04:00)
Yeni ROG Zephyrus G16 - güc və tərzin ideal uyğunluğu

Bakı. Trend:

ASUS öz istifadəçilərinin istəklərinə xüsusi diqqət yetirməyə davam edərək, eləcə də, onları ən rahat və məhsuldar noutbuklarla təmin etmək məqsədilə daha bir yeni ROG Zephyrus G16 noutbukunu təqdim edib. Bu noutbuk həm geymerlərin, həm də möhtəşəm tərzlə gücün uyğunluğundan həzz almaq istəyənlərin qəlbini fəth edəcək.

ASUS ROG Zephyrus G16 ilk növbədə ən müasir oyunlar üçün nəzərdə tutulub, lakin həm də qrafika və video ilə işləmək üçün çox uyğundur.

Beləliklə, məhsuldarlıqdan başlasaq, ilk olaraq ROG Zephyrus G16 noutbukunun maksimal versiyada noutbuklar üçün 14 nüvəli Intel Core Ultra 9 185H neyroprosessoru vəNVIDIA GeForce RTX 4090 video kartı ilə təchiz olunduğunu demək lazımdır.

Bəli, haqlısınız, bu iki komponent artıq çox şeydən xəbər verir. Bu tandem, şübhəsiz, hətta ən tələbkar oyun və tətbiqlərdə belə, möhtəşəm təsvir və məhsuldarlığı təmin edəcək.

Həmçinin, prosessorun təchiz olunduğu süni intellekt (Sİ) də buna imkan yaradacaq. Sİ sayəsində oyunlarda təsvir, demək olar ki, dərhal yüklənəcək və yüksək kadrlı tezliklər maksimum dəstəklənəcək, videomateriallar isə daha sürətlə renderlənəcək və bu zaman daha az enerji tələb olunacaq.

ASUS freymreyti sürətləndirərək, renderinq vaxtını azaltmağa nail olub və eyni zamanda, enerji istehlakını azaltmağın yollarını düşünüb!

Noutbukun içərisində, həmçinin, 7467 MHz tezliyə malik, 32 qiqabaytadək son nəsil LPDDR5X operativ yaddaş mövcuddur. Eyni zamanda, noutbuk М.2 SSD üçün quraşdırılmış 2 slotla təchiz olunub.

Lakin bu hələ hamısı deyil. Noutbuk özündə o qədər yenilik və komponenti birləşdirir ki, yuxarıda sadalananların yalnız bir neçəsinin üzərində dayanmaq sadəcə mümkün deyil.

ROG Zephyrus G16 özündə bu cür güclü komponentləri birləşdirməsinə baxmayaraq, çəkidə inanılmaz dərəcədə yüngüldür və incə ölçülərə malikdir. Buna inanmaq çətin olsa da, noutbukun çəkisi cəmi 1,85 kq, korpusunun qalınlığı isə 1,49 sm-dir. Bu isə çox vacibdir, çünki bu cür çəkidə korpus plastmasdan deyil, alüminium ərintisindən hazırlanıb.

Yüngül çəkisi və incə ölçüləri sayəsində yolda işlərinizi həll etmək üçün asanlıqla noutbuku özünüzlə götürə bilərsiniz. Bəli, biz öyrəşmişik ki, əgər noutbuk videokart, operativ yaddaş və s. kimi böyük komponentlərlə təchiz olunubsa, yalnız evdə oyunlar oynamaq üçün nəzərdə tutulub, çünki adətən, çəkisi onu özümüzlə aparmağa imkan verməyib. Lakin bu halda ASUS bizi təəccübləndirdi, belə ki, ROG Zephyrus G16 bu cür yüngül çəki ilə özündə möhkəm korpusu və üstün komponentləri birləşdirib.

Noutbukun iki rəng modeli var ki, bunlardan biri yeni Platinum White (platin ağ) rəngidir. Bu rəng modeli heyrətamiz gözəlliyə malikdir. Bu seriyadan olan yeni noutbuklar o qədər eleqant dizaynda hazırlanıb ki, necə deyərlər, ROG Zephyrus G16 sahibinin üstün zövqündən xəbər verəcək.

Həmçinin, yeni ROG Zephyrus G16 noutbukunun qapağında korpusun diaqonalı üzrə xətt formasında Slash Lighting işıqlandırmasını görmək olar. Bu kontekstdə sizin üçün daha bir üstünlük işıqlandırmanı idarət etmək olacaq.

Bundan başqa, ROG Zephyrus G16 noutbukunun ən mühüm yeniliklərindən biri olaraq ROG Nebula OLED displeylə təchiz olunmasını göstərmək olar. Bu sayədə ROG Zephyrus G16 Republic of Gamers seriyasında OLED displeyə malik ilk noutbuk oldu.

ASUS oyun həvəskarlarını keyfiyyətli təsvirlə təmin etmək üçün OLED displeyləri geymer xüsusiyyətləri və adaptiv G-SYNC sinxronlaşdırma texnologiyası ilə təmin etmək məqsədilə Samsung və NVIDIA ilə əməkdaşlığa girib. Bu texnologiya ən mürəkkəb səhnələrdə belə aydın təsvir əldə etməyə imkan verəcək.

Yüksək 2.5K rezolyusiya və 240 Hz yenilənmə tezliyi ilə yanaşı, bu həll misilsiz detallaşdırma ilə möhtəşəm təsvir keyfiyyətini təmin edəcək.

100% rəng əhatəsinə malik DCI-P3 displey, möhtəşəm kontrast, rəng çalarlarının maksimal təsvir dəqiqliyi istənilən media məzmunla işləməyinizə imkan verəcək, 0,2 ms reaksiya müddəti isə oyun prosesinin hər bir kadrını dəqiq təsvirlə təmin edəcək.

Bütün bunlar yüksək reaksiya müddəti, rezolyusiya və kadr tezliyinə malik ROG Nebula standartı sayəsində mümkün olacaq. Çünki müasir FPS oyunlarında təsvur tezliyi oyun prosesndə mühüm əhəmiyyət kəsb edir. ROG Nebula standartlı displeylər sayəsində siz oyunlarda həm qarışıq kadrların yüklənmə müddətinə, həm də təsvirin keyfiyyətinə görə rəqibləriniz üzərində üstünlüyə malik olacaqsınız.

Yüksək məhsuldarlığa malik noutbukların istifadəçiləri üçün digər mühüm məqam, əlbəttə ki, soyumadır. Çünki məlum olduğu kimi, noutbuk komponentlərinin güclü qızması əksər hallarda məhsuldarlığın azalmasına səbəb olur. Lakin ASUS burada da öz istifadəçilərini düşünüb və ROG Zephyrus G16 noutbukunu supergüclü intellektual ROG soyutma sistemi, eləcə də, ən müasir Arc Flow 2 ventilyatorları ilə təchiz edib.

Digər vacib bir məqam ondan ibarətdir ki, ASUS mərkəzi prosessor üçün ənənəvi termopasta əvəzinə maye metaldan istifadə edib. Bildiyimiz kimi, maye metal çox yüksək istilik keçiriliyinə malikdir.

Həmçinin, burada böyük təmas sahəsinə malik buxarlanma kamerası mövcuddur və ana platadakı bütün mühüm komponentləri soyudur. Lakin qeyd etmək lazımdır ki, yalnız RTX4080 və RTX4090 video kartlarına malik versiyalardakı ROG Zephyrus G16 noutbukları bu cür buxarlanma kamerası ilə təchiz olunub.

Noutbukdan istiliyin çıxması üçün iki çıxış nəzərdə tutulub, bunlardan biri isti havanı arxa hissədən, digəri isə noutbukun altından çıxarır. Həmçinin digər mühüm xüsusiyyət ondan ibarətdir ki, mürəkkəb işləri yerinə yetirərkən, misal üçün film seyr edərkən soyutma sistemi səssiz rejimə keçir. Aktiv soyutma rejimi artıq yüklənmə artdıqda və bir az yüksək temperatura çatdıqda işə düşür.

Həmçinin qeyd etmək lazımdır ki, əksər hallarda noutbukların sahibləri oyunlarda kiçik klavişlər narahat olduğu üçün ayrıca oyun klaviaturaları satın alırlar. ASUS bunu nəzərə alaraq ROG Zephyrus G16 modellərində klavişlərin ölçüsünü 12 faiz artırıb və bu noutbukların gələcək sahiblərinə oyun prosesində rahatlıq bəxş edib. Bu sayədə ayrı klaviaturadan istifadə etməli olmayacaqsınız. Bundan əlavə, ROG Zephyrus G16 klavişləri işıqlandırmaya malikdir və onu öz zövqünüzə uyğun olaraq tənzimləyə bilərsiniz.

Son olaraq, əlbəttə ki, ROG Zephyrus G16 noutbukunun aşağı tezlikli dinamiklərlə təchiz olunmuş, təkmilləşdirilmiş audiosistemini qeyd etmək lazımdır. Bəli, geymerlərin böyük əksəriyyəti oyunlarda daha aydın və keyfiyyətli səs əldə etmək üçün qarniturdan istifadə edirlər, lakin əmin ola bilərsiniz ki, zərurət olarsa, ROG Zephyrus G16 dinamikləri istənilən oyunda sizi təmiz, keyfiyyətli və yüksək səslə təmin edəcək. Bundan başqa, intellektural gücləndirici və DolbyAtmos sayəsində rahat şəkildə möhtəşəm səsə malik mahnı, videoməzmun, kinofilm hazırlaya bilərsiniz.

Yuxarıda sadalanan bütün üstünlüklərə, güclü komponentlərə, universallığa, möhtəşəm dizayna, eləcə də istifadə rahatlığına əsaslanaraq əminliklə deyə bilərik ki, ROG Zephyrus G16 fəaliyyət istiqamətinizdən asılı olmayaraq sizin üçün ideal seçim olacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti