...

Azərmarka yeni poçt markaları buraxıb

Telekommunikasiya Materials 1 İyul 2006 13:25 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəssisələrinin tərkibinə daxil olan Azərmarka Qarabağ atlarına həsr olunmuş yeni poçt markaları buraxıb. Trend in Nazirliyin məitbuat xidmətinə istinadən xəbər verdiyi kimi, "Belarusskiy Dom Peçati" tipoqrafiyasında çap olunmuş markaların dizaynı Xasay Mirzəyevə məxsusdur. Markaların üzərində, həmçinin, Qarabağın, xüsusilə Şuşa və Ağdamın bir sıra görməli yerləri də əks olunub. Markaların nominal qiyməti 20 qəpik, tiraj 20 min ədəddir.

Mayda müəssisə Naxçıvan MR-ə həsr olunmuş poçt zərfi və markası buraxıb. Dizaynı X.Mirzəyevə məxsus olan bu markaların üzərində NMR-də bitən nadir ağac növü (nalbənd) təsvir olunub.

Xəbər lenti

Xəbər lenti