...

Caspel Azərbaycanda yeni TippingPoint IPS platformasını təqdim edəcək

Telekommunikasiya Materials 19 İyul 2006 12:20 (UTC +04:00)

3COM şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı olan Caspel yerli bazara yeni TippingPoint sistemini təqdim etmək niyyətindədir. Bu barədə Trend ə Caspel-in baş meneceri Mübariz Piriyev məlumat verib.

Onun sözlərinə görə, TippingPoint - yüksək səviyyədə təhlükəsiz və səmərəli IPS platforması, təhlükəsizliyin səviyyəsinə, hazırlığın dərəcəsi və istifadənin sadəliyinə görə əvəzolunmaz, müdaxilələrin qarşısının alınması (Intrusion Prevention System, IPS) sahəsində ən yaxşı sistemdir.

Şirkətin rəhbəri qeyd edib ki, bir ay ərzində yeni məhsul yerli İKT şirkətlərinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti