...

Nokia Bakıda regional ofis açacaq

Telekommunikasiya Materials 20 İyul 2006 18:40 (UTC +04:00)

Nokia korporasiyası Bakıda regional ofis açacaq. Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, belə bir qərar şirkət vənazirliyin nümayəndələrinin görüşü zamanı qəbul olunub.

Nokia 1997-ci ildə məhsulunu yerli bazara rəsmi olaraq təqdim edib. Şirkət Azərbaycanın iki mobil operatoru Azercell və Bakcell ilə GSM 900 ctandartı ilə əməkdaşlıq edir.

1998-ci ildən Nokia şirkətinin Azərbaycanda rəsmi distribyutoru MobiTel şirkədir. Bundan əlavə, 2005-ci ildə Bakıda satış konsepsiyası çərçivəsində Nokia-nın standart və tələblərinə cavab verən ilk ticarət mərkəzi açılıb.

Xəbər lenti

Xəbər lenti