...

Bakıda "Xüsusi iqtisadi zonalar: Azərbaycanda davamlı iqtisadi inkişafın yeni istiqamətləri" mövzusunda beynəlxalq konfrans keçirilir

Telekommunikasiya Materials 4 Oktyabr 2006 14:52 (UTC +04:00)

Bu gün Bakıda "BakuTel-2006" sərgisi çərçivəsində "Xüsusi iqtisadi zonalar: Azərbaycanda davamlı iqtisadi inkişafın yeni istiqamətləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend in xəbər verdiyi kimi, konfrans - "Kiçik və orta innovasiya sahibkarlığının inkişafında texnoparkların rolu", "Elektrik avadanlıqları və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazanın yaradılması", "Ölkənin səmərəli tranzit informasiya məkanınına (Data Centre) çevrilməsi", "Formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafı" - 4 plenar sessiyadan ibarətdir.

Sessiyanı çıxış sözü ilə Beynəlxalq Elmi Parklar Assosiasiyasının baş direktoru Luis Sants açıb. "Cisco Systems" şirkətinin "Internet Business Solution" qrupunun məsləhətçisi Asya Rudkovskaya çıxış edərək, Dubaydakı texnoparklar sahəsində təcrübədən danışıb.

Azərbaycanda analoji obyektlərin yaradılması məsələsinə toxunan A. Rudkovskaya qeyd edib ki, burada vergitutumu ilə bağlı güzəştlər və ya daha yaxşı halda vergilərin olmaması böyük əhəmiyyət kəsb edir.

"Biz ölkə rəhbərliyinin bu layihəyə ayrıdğı diqqəti açıq-aydın görürük. Və ölkə prezidenti Azərbaycanın yaxın gələcəkdə İKT sahəsində regional mərkəz olacağına ümidvar olduğunu bildirib", - deyə o qeyd edib.

A. Rudkovskaya, həmçinin, bildirib ki, layihənin gerçəkləşdirilməsi üçün maliyyə və hüquqi mexanizmlər dəqiq müəyyən olunmalıdır. "Əlbəttə, bütün bunlar bilavasitə hökumətin yardımı ilə tətbiq olunmalıdır. Xarici şirkətlərin sərmayə yatırması üçün əlverişli mühit yaradılmalıdır", - deyə o qeyd edib.

Sessiya zamanı HP, Alcatel, British Telecom, AZEL və başqa şirkətlərin təmsilçilərinin məruzələri dinləniləcək.

Xəbər lenti

Xəbər lenti