...

"Sony"nin meneceri: Azərbaycanda biznes üçün əlverişli şərait yaradılıb

Telekommunikasiya Materials 25 Oktyabr 2006 20:25 (UTC +04:00)

Bu gün "Sony" və "Azman" şirkətləri tərəfindən peşəkar yayım texnikası üzrə "Azərbaycan. Payız. 2006" sərgi-seminarın açılış mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, tədbirdə televiziya kanallarının, prodakşn-şirkətlərin, bir sıra dövlət müəssisələri və özəl şirkətlərin Bakıda və regionlardakı rəhbərləri iştirak ediblər.

İkigünlük sərginin keçirilməsində əsas məqsəd yerli istehsalçıları yeni müasir texnologiyalarla tanış etməkdir.

"Son vaxtlar Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı müşahidə olunur və biznes fəaliyyət üçün əlverişli şərait yaradılıb. Ölkədəki sabit iqtisadi durum ən başlıca amildir və buna görə də biz buradayıq", - deyə "Sony"nin meneceri İqor Orlov vurğulayıb.

Sabah "Video yazıların peşəkar formatının inkişafında üstünlüklər və çatışmazlıqlar" və "Video və audio materialların arxivləşdirilməsi üçün yeni texnologiyalar" mövzusunda seminarlar keçiriləcək.

Qeyd edək ki, əməkdaşlığın əsası olaraq "Sony Europe" və "Azman" arasında 2002-ci ildə imzalanmış saziş mövcuddur. Bu gün "Azman" şirkəti "Sony", "Harmon Group", "Bosch", "Rohde & Shwarz", "Manfrotto" və digər məhsulların rəsmi distribüteridir.

Xəbər lenti

Xəbər lenti