...

Azərbaycan Rabitə Nazirliyi 2008-ci ilin sonuna kimi ölkənin bütün kəndlərini telefon rabitəsi ilə təmin edəcək

Telekommunikasiya Materials 6 Dekabr 2006 12:56 (UTC +04:00)

Trend məlumat verir ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin bütün regionlarının telefonlaşdırılması prosesini həyata keçirir. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun verdiyi məlumata görə, "Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkifaş etdirilməsi barədə Dövlət Proqramına əsasən, 2008-ci ilin sonuna kimi ölkədə telefonlaşdırılmamış bir kənd də qalmayacaq".

Bakıda şəbəkələrdə EATS quraşdırılması ilə bağlı elektronlaşdırma işlərinə gəlincə, bu iş 2007-ci ilin birinci rübünün sonuna kimi başa çatacaq.

Bu gün ölkə telefon şəbəkəsində elektron ATS-ın payı 70 faizi keçir, paytaxt üzrə bu göstərici 80 faiz, digər region və yerlər üzrə 60 faizdir.

Xəbər lenti

Xəbər lenti