...

Azərbaycan Rabitə Nazirliyi regional innovasiya zonası yaradılması layihəsi çərçivəsində konsaltinq şirkətini elan edəcək

Telekommunikasiya Materials 30 Dekabr 2006 13:02 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi regional innovasiya zonası yaradılması layihəsi çərçivəsində konsaltinq şirkətini seçir. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər. Şirkətin adı 2007-ci ilin 15 yanvarında elan olunacaq.

Nazirliyin layihə üzrə məsləhətçisi bu predmet üzrə iri konsaltinq şirkəti ilə bir sıra danışıqlar keçirib.

"Şirkət müəyyənləşdikdən sonra işlər başlanacaq. Şirkət hökümətə nəzərdən keçirməyə təqdim etmək üçün regional innovasiya zonası yaradılması barədə təkliflər paketi hazırlamalıdır"-deyə nazirlikdən qeyd ediblər. Təkliflər martın sonunadək hazırlanmalıdır.

Yüksək texnologiyaların inkişafı üzrə xüsusi iqtisadi zonaların yaradılması layihəsi orta və kiçik innovasion sahibkarlığın inkişafı üçün texnoparkların yaradılmasını, proqram məhsullarının və elektron avadanlıqların istehsalı və ixracı üzrə regional bazaların yaradılmasını, ölkəni sərfəli informasiya tranziti mərkəzinə (Data Centre) çevirməyi, formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafını, həmçinin İKT-nin başqa sahələrə, məsələn, səhiyyə, kənd təsərrüfatı və s.-ə tətbiqini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti