...

Nazir: Payızda Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsinə investisiya yatırımı başlana bilər

Telekommunikasiya Materials 31 Yanvar 2007 15:22 (UTC +04:00)

Trend xəbər verir ki, çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 2007-ci il martın 31-də beynəlxalq ekspertlər qrupu və

"Booz Allen Hamilton" konsaltinq şirkəti ölkədə regional innovasiya zonasının yaradılması ilə bağlı təkliflər paketini Azərbaycan hökuməti və parlamentinə təqdim edəcək.

Onun sözlərinə görə, əgər parlament təklifləri bəyənərsə, regional innovasiya zonası yaradılması ilə bağlı layihəyə investisiya yatırılmasına artıq 2007-ci ilin payızında başlana bilər.

Regional innovasiya zonasının yaradılması layihəsi ilk növbədə kiçik və orta innovasion sahibkarlıq üçün texnoparkların yaradılmasını, elektron avadanlıq və proqram təminatının istehsalı və ixracatı üzrə regional bazanın yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti