...

Azərfon BM və Azərpocht DM saziş imzalayıblar

Telekommunikasiya Materials 30 Aprel 2007 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Nar Mobile istifadəçiləri danışıq kartlarını nəinki Nar Mobile xidmət məntəqələrindən, hətta Bakıda Azərpocht DM-in bütün filiallarından ala biləcəklər. Bu Azərfon BM və Azərpocht DM arasında saziş imzalanmasından sonra mümkün olub. Bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda kartlar yalnız Bakı filiallarında satılır. Yaxın gələcəkdə kartlar regionlardakı poçt məntəqələrində də satılacaq. GSM üzrə Azərbaycanda üçüncü mobil rabitə operatoru Azərfon BM kommersiya fəaliyyətinə mart ayında Nar Mobile ticarət nişanı adı altında başlayıb.

Azərpocht DM-in strukturuna 59 poçtamt, 2 poçt müəssisəsi, 2 törəmə müəssisə və 8 rabitə qovşağı daxildir. Qurumun tərkibində 1364 poçt şöbəsi fəaliyyət göstərir. Müəssisənin ümumilikdə 4200 işçisi var.

Xəbər lenti

Xəbər lenti