...

Naxçıvan MR-də mindən yuxarı ailə telefon nömrəsi alıb

Telekommunikasiya Materials 30 May 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ 2007-ci ilin dörd ayı ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) 1083 ailə telefon nömrəsi alıb. Bu barədə çərşənbə günü NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Ümumilikdə NMR ərazisində 24,1 faiz artımla müəssisə, təşkilat və əhaliyə 4305,1 min manat dəyərində rabitə xidməti göstərilib. Xidmətlərin 77,1 faizi özəl şirkətlərin payına düşüb ki, burda da artım 24,2 faiz olub.

Göstərilmiş dövr ərzində NMR-in rabitə orqanlarında işçilərin sayı 282 nəfər təşkil edib. Bu göstərici 2006-cı ilin münvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Hər işçinin orta aylıq əmək haqqı 156,9 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti