...

ABŞ qoşunları İraqı tərk edir

Turizm Materials 28 Sentyabr 2024 04:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İraq, Amerika qoşunlarının çıxarılması və İŞİD-ə qarşı mübarizə məqsədilə beynəlxalq hərbi missiyanın dayandırılması ilə bağlı razılığa gəliblər.

Trend-in Associated Press-ə istinadən verdiyi xəbərə görə, Ağ Ev, Yaxın Şərqdə nə qədər hərbçinin tərk edəcəyini açıqlamayıb, lakin hazırda orada 2,5 min nəfərə yaxın qoşun mövcuddur.

ABŞ rəsmiləri, ilk qoşunların noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra İraqın qərbindəki Ayn əl-Əsəd bazası və Bağdad Beynəlxalq Hava Limanını tərk edərək, Ərbildəki Hərir bazasına köçürüləcəyini bildirib.

Çıxarılma prosesinin birinci mərhələsi 2025-ci ilin sentyabrına qədər davam edəcək. "Sarsılmaz Qətiyyət" əməliyyatının 2026-cı ilə qədər tamamlanması planlaşdırılır.

Eyni zamanda, koalisiya qoşunları İŞİD-ə qarşı mübarizəni Suriyada davam etdirəcək, burada hazırda 900-ə yaxın amerikalı əsgərin yerləşdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti