...

Pan Gi Mun: Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır

Nəzər nöqtəsi Materials 17 Noyabr 2016 13:45 (UTC +04:00)
Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimi keçirilib.
Pan Gi Mun: Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə BMT baş katibi Pan Gi Munun müraciəti oxunub.

Müraciətdə söz və ifadə azadlığının qlobal yol xəritəsi üçün vacib olduğu qeyd olunub. Vurğulanıb ki, xəbər agentlikləri informasiyanın yayılmasında mühüm rol oynayır.

Müraciətdə bildirilib ki, internet sayəsində daha çox insanlar informasiya ala bilirlər. Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır.

Müraciətdə həmçinin Konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti