...

Dövlət Bahçeli: Cəbhədə gərginliyin artması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Nəzər nöqtəsi Materials 28 Fevral 2017 12:55 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginliyin artması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli deyib.

O bildirib ki, artıq Dağlıq Qarabağ probleminin ədalətli həllinin vaxtı çatıb:

“Ermənistan atəşkəs rejimini pozmağı dayandırmalı və qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti