...

Yunanıstan "Eurovision" təmsilçisi: Bu qədər əziyyətin 3 dəqiqə olduğunu təsəvvür etmirdim (FOTO)

Eurovision-2012 Materials 23 May 2012 03:34 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala vəsiqə əldə edən Yunanıstan təmsilçisi bu uğuruna inanmadığını bildirib.
Yunanıstan "Eurovision" təmsilçisi: Bu qədər əziyyətin 3 dəqiqə olduğunu təsəvvür etmirdim (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala vəsiqə əldə edən Yunanıstan təmsilçisi bu uğuruna inanmadığını bildirib.

Trend-in məlumatına görə, çərşənbə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında çıxş edən Yunanıstan təmsilçisi Eleftheria ("Aphrodisiac") çox gərgin olduğunu söyləyib.

"Düşünürdüm ki, finala qatıla bilmədik. Əlimizdən gələni etdik ki, finalı çıxmaq şansını qazanaq. Bu qədər əziyyətin 3 dəqiqə olduğunu təsəvvür etmirdim", - Yunanıstan təmsilçisi qeyd edib.

Bu ölkə müsabiqənin mayın 26-da keçiriləcək final mərhələsində 16-cı yerdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti