...

Britaniya "Taliban" hərəkatına siyasi dialoq təklif edir

Dünya xəbərləri Materials 13 Dekabr 2007 16:00 (UTC +04:00)
İngiltərənin baş naziri Qordon Braun "Taliban" hərəkatına silahları yerə qoyacaqları təqdirdə

Azərbaycan, Bakı / Trend / İngiltərənin baş naziri Qordon Braun "Taliban" hərəkatına silahları yerə qoyacaqları təqdirdə Əfqanıstandakı siyasi danışıqlarda iştirak etmək imkan veriləcəyini bildirib.

" Əl-Cəzirə " telekanalının verdiyi məlumata görə, İngiltərə kəşfiyyatının verdiyi məlumatda iki hissəyə bölünən Talibanın Əfqanıstanın siyasi həyatında böyük rolu olduğu qeyd olunub. "Taliban" hərəkatı ilə birbaşa dialoqun çətin olacağını deyən Braun, dialoqun ancaq silahlı müqavimətə son qoyulacağı təqdirdə baş tutacağını qeyd edib. Braun bölgədə sülhün və rifahın olması üçün İranın da rolunun danılmaz odugunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti