...

Qazaxıstanın ATƏT-də sədrliyi xoş çağırışdan savayı, həm də böyük məsuliyyətdir –Niderlandın səfiri

Dünya xəbərləri Materials 13 Dekabr 2007 16:11 (UTC +04:00)
Qazaxıstanın ATƏT-də sədrliyi  xoş çağırışdan savayı, həm də böyük məsuliyyətdir –Niderlandın səfiri

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Niderland Krallığı Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrlik postuna seçilməsini dəstəkləyir və müsbət qiymətləndirir. Bu barədə Trend ə Niderland Krallığının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Klaas van der Tempel məlumat verib

"Biz Qazaxıstanın müvəffəqiyyətinə şadıq. Hazırkı vəziyyətdə ölkəni cürətlə pioner adlandırmaq olar. Qazaxıstan nəinki MDB, keçmiş Sovet respublikaları arasında da bu statusu əldə edən ilk ölkədir" - deyə diplomat bildirib.

Lakin onun fikrincə, ATƏT-də sədrlik təkcə xidməti qəbul etmək deyil, həm də böyük həcmli iş deməkdir.

Onun sözlərinə görə, ATƏT əhəmiyyətli əraziləri əhatə edir və bu təşkilatda iş təkcə ölkədə deyil, bütün Avropada aparılmalıdır. Burada həyatın bir çox sahələrinə toxunulur.

"Buna görə, Niderlandın Baş naziri sizin prezidentlə telefon danışığı zamanı dövlət başçısını təbrik edərkən, dövlət qulluqçularının hazırlanması və bir çox idarələrin yaradılması istiqamətində ölkəsinin edə biləcəyi yardımı təklif edib. Bizim bu sahədə müəyyən təcrübəmiz var, çünki biz 2003-cü ildə ATƏT-ə rəhbərlik etmişik. İnanın, bu post xoş çağırışdan savayı, həm də böyük məsuliyyətdir" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti