...

Kosovo ilə əlaqədar ümumi vəziyyətlə bağlı mümkün təxribatlar bizi daha çox narahat edir – Gürcüstan prezidenti Mixail Saakaşvili

Dünya xəbərləri Materials 19 Fevral 2008 14:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 fevral / Trend , müxbir N.Kirtsxaliya / "Kosovo ilə əlaqədar ümumi vəziyyətlə bağlı mümkün təxribatlar bizi daha çox narahat edir" - Gürcüstan prezidenti Mixail Saakaşvili xarici jurnalistlərin "Gürcüstan Kosovonun müstəqilliyini tanıyırmı" sualına belə cavab verib.

"Heç kim, heç vaxt bu məsələ ilə bağlı bizdən heç nə soruşmayıb. Bu, Gürcüstanda baxılmalı olan ən böyük problem deyil. Biz vəziyyəti olduqca diqqətlə müşahidə edəcəyik və onun mürəkkəbliyinə müvafiq iş görəcəyik" - dövlət başçısı deyib.

"Biz Kosovo və Gürcüstan ərazisində hazırkı mərhələdə separatçılar tərəfindən idarə edilən regionlar arasında müqayisə aparılan konkret bəyanatları dinlədik" - Saakaşvili bəyan edib.

Onun sözlərinə görə, Kosovoda baş verən hadisələr və Gürcüstandakı vəziyyət arasında çox böyük fərq var. "Kosovo sakinləri etnik təmizləmənin qurbanlarıdırlar, Gürcüstanda isə separatçıların özləri etnik təmizləmənin müəllifidirlər. Gürcüstanda 90-cı illərdən sonra baş verənlər hamıya məlumdur: Abxaziya əhalisinin 80 faizi Rusiya təyyarələrinin bomba həmlələri nəticəsində öz evlərini tərk etdi. Bunun hamısı Abxaziyanı Gürcüstandan ayırmaq üçün sovet ordusu qalıqlarının hazırladığı əməliyyatlar çərçivəsində baş verib. Hazırda olduqca riyakar vəziyyət yaranıb - bəziləri Kosovo misalında ötən yüzillikdə aparılan və unudulan etnik təmizləməni qanuniləşdirmək istəyirlər" - Saakaşvili deyib.

O əmindir ki, Gürcüstan və beynəlxalq cəmiyyət etnik cinayətlərin qanuniləşdirilməsinə heç vaxt razı olmayacaq, çünki bu, beynəlxalq intizamın sonuna, beynəlxalq qanunların, insan hüquqlarının və bəşəriyyətin sağlam təfəkkürünün kobud pozulmasına səbəb olacaq.

Bununla belə dövlət başçısı qeyd edib ki, "Qafqazda risk edərək vəziyyəti qeyri-sabitləşdirəcək siyasətçi çətin tapıla". "Rusiya münaqişənin yaranma səbəbini, etnik təmizləmənin sovet ordusu qalıqları ilə aparıldığını və etnik təmizləmənin qanuniləşdirilməsinin bu regionda hamı üçün əsas təhlükə olacağını çox gözəl bilir. Lakin biz, Rusiyadakı seçkiqabağı dövr çərçivəsində və Kosovo müstəqilliyinin tanınması şəraitində çox ehtiyatlı olmalıyıq" - Gürcüstan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti