...

Gürcüstan prezidenti hökumət üzvlərindən və ölkə müxalifətindən üzr istəyib

Dünya xəbərləri Materials 10 Mart 2008 10:17 (UTC +04:00)
Gürcüstan prezidenti hökumət üzvlərindən və ölkə müxalifətindən üzr istəyib

Gürcüstan, Tbilisi, 10 mart/ Trend müxbir N.Kirtsxaliya/ "Mən hamıdan, öz hökumətimin üzvlərindən, müxalifətdən üzr istəyirəm. Belə ki, üzr istəmək imkanı Allahın xristiana verdiyi ən böyük qabiliyyətdir", - Mixail Saakaşvili dünən axşam Tbilisidə Müqəddəs Üçlük kilsəsində bağışlanma həftəsinin açılışında bildirib.

"Mən, bütün bu vaxtı yanımda olanlardan və bizimlə razılaşmayanlardan üzr istəyirəm. Belə ki, xristianın ən böyük öhdəliyi bağışlamaq, bağışlanmaq və bağışlanmaq axtarmaqdır", - gürcüstanlı lider vurğulayıb.

"Yalnız bu halda xalqın, millətin, dövlətin, kilsənin, sadə insanların birliyi mümkündür. O zaman heç bir şey ölkə üçün təhlükəli deyil və onda Gürcüstan öz ərazi bütövlüyünün bərpa edilməsinə nail ola bilər", - Saakaşvili qeyd edib.

Bağışlanma həftəsinin açılış mərasimini bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlya aparıb. "Başqa bir insan səni təhqir etdikdə bağışlamaq çətindir, lakin insan bağışlanmalıdır və bağışlamaq imkanına malik olmalıdır. Bu xristianın borcudur", - patriarx bildirib. O özü də, xalqdan və dövlətdən öz bağışlanmağını istəyib.

Mərasimdə məbədi və ona yaxın ərazini doldurmuş çox sayda Tbilisi sakinləri və qonaqlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti