...

Münaqişə zamanı 64 sülhməramlı həlak olub - RF Baş qərargah rəisinin müavini

Dünya xəbərləri Materials 20 Avqust 2008 15:05 (UTC +04:00)

Rusiya, Moskva, 20 avqust / Trend , müxbir R.Ağayev/ Həlak olmuş sülməramlıların sayı 64, yaralıların sayı isə 323 nəfərdir, itkin düşən yoxdur, -  çərşənbə günü Moskvada brifinqdə RF Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın deyib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra rus qoşunları şəhəri ələ keçirərək, gürcü hərbçilərini Gürcüstan ərazisinə tərəf sıxışdırıblar.  

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, o, "Gürcüstanı sülhə məcbur etmək üzrə əməliyyat"ın başa çatdırılmasına dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti