Gürcüstan, Tbilisi, 01 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenkonu yaxın vaxtlarda iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması üzrə notanın verilməsi üçün Gürcüstanın xarici işlər nazirliyinə çağıracaqlar. Bu barədə jurnalistlərə Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze deyib.
"Biz Rusiya səfirliyinin Tbilisini nə vaxt tərk edəcəyi barədə tarixi müəyyən edəcəyik. Bu, yaxın günlərdə baş tutacaq, lakin hamının ölkəni sakitcə tərk etməsinə imkan vermək üçün tələskinliyə yol verilməyəcək", - o deyib.
Rusiya səfirliyi qarşısında Gürcüstandan çıxa bilməyən və viza əldə edə bilməyən çoxlu Gürcüstan və Rusiya vətəndaşları toplaşıb. Onlar RF konsulluğunun çox ləng işləməsindən və vizaların verilməsi prosedurunun uzadılmasından şikayətlənirlər.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib.