...

Qazaxıstan parlamentinin nümayəndə heyəti bu gün Bişkekə rəsmi səfərə gəlir

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 10:53 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 22 sentyabr / Trend , müxbir R.Məşədihəsənli/ Bu gün Qazaxıstan parlamentinin sədri Aslan Musinin rəhbərliyi altında parlament üzvlərindən ibarət nümayəndə heyəti Bişkekə səfərə gəlir. Bu barədə Trend -un müxbirinə Qırğızıstan parlamentinin mətbuat xidmətinin əməkdaşı məlumat verib.

Musinin rəhbərlik etdiyi nümayəndə heyəti Joqork Keneşin (parlament) sədri Aytibay Taqayev ilə danışıqlar aparacaq. Danışıqların yekunu üzrə Qırğızıstan Joqork Keneşi ilə Qazaxıstan parlamenti arasında hökumətlərarası əməkdaşlığa dair memorandumun imzalanması planlaşdırılır.

Nümayəndə heyətinin Qırğızıstan prezidenti Kurbanbek Bakıyev ilə görüşəcəyi də gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti