...

İranın Kərəc şəhərində baş vermiş partlayışda 6 nəfər həlak olub

Dünya xəbərləri Materials 22 Oktyabr 2008 18:01 (UTC +04:00)

İranın Kərəc şəhərinin Xəlicabad məntəqəsində partlayış baş verib.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Partlayış Kərəc şəhərinin Xəlicabad məntəqəsinin Hafiziyyə xiyabanında baş verib. Partlayışın səsi Kərəc şəhərinin digər məntəqələrində də eşidilib. İlkin məlumata görə, partlayış nəticəsində 6 nəfər həlak olub. Partlayışın səbəbləri barədə hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti