Jerusalem Post qəzetinin verdiyi xəbərə görə, Suriya bazar günü axşam Amerikanın onun sərhədləri daxilinə hücumunu dəhşətli cinayət adlandırıb və bildirib ki, Dəməşq, məqsədəuyğun hesab edərsə, müvafiq cavab vermək hüququna malikdir.
ABŞ - ın dörd vertolyotunun Əbu-Kamal rayonunda dünənki reydi, ehtimal ki, antiterror əməliyyatların nəticəsi olub. Şahidlərin sözlərinə görə, vertalyotlardan ikisi bu yaşayış məntəqəsində yerləşən hansısa binalara zərbə endiriblər, digər ikisindən Amerika desantları düşüb və evdə olan insanları məhv edib. Suriyanın Böyük Britaniyadakı səfiri Sami əl-Hiyəmi ABŞ -ın, kəşfiyyatın yalan məlumatlarına söykənərək, terrorçuları ələ keçirməyə çalışdığına əmin olduğunu bildirib. Hər ehtimala qarşı, Suriyanın İraq yaxınlığındakı sərhəd şəhərində Amerika hərbi vertolyotları hədəfləri bombalayanda səkkiz nəfər ölüb.
İsrail Müdafiə Nazirliyinin əməkdaşları bildiriblər ki, insident İsrail ilə əlaqədar olmayıb və Amerika ordusunun terrorçuları təqib etdiyini təsdiq ediblər. Suriyanın rəsmi mətbuat agentliyinin açıqladığı hökumət bəyanatında bildirilir ki, hücum Suriya sərhədlərinin səkkiz kilometr dərinliyindəki Sukari fermasına edilib.
Amerika hərbçiləri Suriyanın şərqində uçuş faktını təsdiqləyiblər. Ötən cümə axşamı İraqın qərb hissəsindəki Amerika qüvvələlri komandanlığı jurnalistlərlə söhbətində bildrib ki, döyüşçü və torrorçuların İraq ərazilərinə keçməkdə davam etdikləri Suriya sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün, Amerika ordusu, gücünü ikiqat artıracaq. General-mayor Con Kelli brifinqdə bildirib ki, İraqın Səudiyyə Ərəbistanı və İordaniya ilə qərb sərhədləri kifayət qədər keçilməzdir. Bu, adı çəkilən ölkələrdə təhlükəsizlik qüvvələrinin gördüyü yaxşı işin nəticəsində mümkün olub, lakin Suriya ilə tamamilə "başqa məsələdir".
"Düşündüyümə görə, Suriya tərəfi İraq ilə sərhədin öz payına düşən hissəsinə nəzarət etmir. Biz hələ də (bu sərhəd vasitəsilə) xarici döyüşçülərin hərəkəti ilə rastlaşırıq",- deyə Kelli bildirib. O əlavə edib ki, ABŞ sərhəd boyunca xəndəklərin qazılmasına kömək edir. "Uzun illər ərzində orada heç bir baryer olmayıb", - deyə Kelli bildirib.