...

Gürcüstan xarici işlər nazirinin Böyük Britaniya və Şimali İrlandiyaya səfəri başlayır

Dünya xəbərləri Materials 25 Noyabr 2008 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan xarici işlər nazirinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayır. Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində mətbuatla intensiv əlaqədə olacaq. Gürcüstan XİN-dən verilən məlumata görə, Xarici Siyasət İdarəsinin rəhbəri noyabrın 25-də "Reyter" agentliyi və "Financial Times" qəzetinə müsahibə verəcək, həmçinin BBC teleşirkətinin "Hard Talk" televiziya proqramında iştirak edəcək.

Tkeşelaşvili noyabrın 26-da "The Economist" jurnalına müsahibə verəcək. Nazir elə həmin gün Böyük Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Maykl Qeyps ilə görüşəcək.

Görüşlər başa çatdıqdan sonra Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda Aljazeera News, NBC Universal News və Channel 4 News agentliklərinə müsahibə nəzərdə tutulub, həmçinin Dəyirmi masa arxasında Gürcüstanda baş verən son hadisələr ilə bağlı müzakirələr aparılacaq.

Daha sonra Gürcüstanın xarici işlər naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Avropa işləri üzrə nazir Kerolayn Flint, parlament üzvü Bryus Corc və xarici siyasət məsələləri üzrə katib Uilyam Qeyq ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti