...

Gürcüstan NATO-ya aparan yoldan dönməyəcək - prezident

Dünya xəbərləri Materials 17 Dekabr 2008 22:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 dekabr/ Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan geostrateji istiqamətini dəyişməyəcək və NATO-ya aparan yoldan dönməyəcək. Belə bir bəyanatla bu gün jurnalistlər qarşısında Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

O deyib: "Qoy heç kim bu məsələ barəsində illüziyalara qapılmasın".

Gürcüstanın başçısı qeyd edib ki, məhz NATO Gürcüstan üçün uzunmüddətli təhlükəsizlik sistemidir və onun stabilliyini və ərazi bütövlüyünü təmin edə bilər: "Bu təşkilata aparan yolda son ministerialda mühüm addım atmışıq və alyansa tərəf inamla irəliləyirik".

Prezident hesab edir ki, Gürcüstan ətrafında yaranmış vəziyyət bir çox beynəlxalq təşkilatların - MDB, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə və digərlərinin nüfuzuna ciddi zərbə vurdu, və onların uzunmüddətli təhlükəsizlik sistemləri hesab edilə bilməyəcəklərini üzə çıxardı.

"Beynəlxalq təhlükəsizlik sisteminin dəstəyi ilə Rusiya davamlı olaraq işğal etdiyi ərazilərə nəzarət edə bilməyəcək və o özü də bunu yaxşı anlayır", deyərək, prezident bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti