...

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Manas Ruhu Fondunun mükafatına layiq görülüb

Dünya xəbərləri Materials 21 Fevral 2009 23:28 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 21 fevral / Trend müxbir R.Мəşədihəsənli/ Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sülayman Kayıpov bu gün Manas Ruhu Fondunun mükafatına layiq görülüb.
Trend müxbirinin verdiyi xəbərə görə, mərasimdə çıxış edən Manas Ruhu Fondunun sədri Nurcan Kasımbekov bildirib ki, 1995-ci ildə "Manas dastanının 1000" illik yubileyi münasibətilə yaranan fondun indiyədək təsis etdiyi mükafatlar Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, türk dünyasının ünlü yazarı Çingiz Aytmatov və bir çox şəxslərə təqdim olunub.
Kayıpova isə mükafat Çingiz Aytmatova ithaf etdiyi "Ata olduğunu indi anladıq" adlı əsərinə görə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti