...

Dünya maliyyə böhranına baxmayaraq, Qazaxıstan Araıln xilası üzrə işləri azaltmayacaq - Prezident Nazarbayev

Dünya xəbərləri Materials 28 Aprel 2009 14:33 (UTC +04:00)
Dünya maliyyə böhranına baxmayaraq, Qazaxıstan Araıln xilası üzrə işləri azaltmayacaq - Prezident Nazarbayev

"Dünya maliyyə böhranına baxmayaraq, Qazaxıstan Araıln xilası üzrə işləri azaltmayacaq", - bu gün Almatıda keçirilən Aralın xilas edilməsi Beynəlxalq Fondunun (AXBF) təsisçi ölkələrinin başçılarının sammiti zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib, АКИ-пресс-Казахстан-ın müxbiri məlumat verir.

"Əmin etmək istəyirəm ki, dünya böhranına baxmayaraq, Qazaxıstan planlaşdırılmış işləri dayandırmaq fikrində deyil", - Nazarbayev bildirib, CA-News yazır.

Prezident xatırladıb ki, bir müddət əvvəl "Avropa İttifaqı, Dünya və Asiya Bankının fəal dəstəyi və iştirakı ilə Aral dənizi hövzəsinə kömək edilməsi üzrə ADBK-1 və ADBK-2 (Aral dənizi hövzəsinə kömək edilməsi üzrə proqram) proqramları qəbul edilib və hazırda həyata keçirilir. Bununla yanaşı, bir sıra layihələr həyata keçirilir, donorların vəsaitləri cəlb edilir".

"Ötən il Qazaxıstanda Aral dənizinin şimalında, Sırdəryanın mənsəbinin idarə edilməsi layihəsinin birinci mərhələsi başa çatıb. Layihənin ümumi dəyəri 86 milyon dollar, Dünya Bankının verdiyi borc 64 milyon dollardır. Bu layihə özündə 2005-ci ilin avqustunda istismara verilmiş 13 kilometrlik Kokaral bəndinin tikintisini ehtiva edir. Sırdəryada bir neçə yeni hidrotexniki qurğu tikilib, dambanın yenidən qurulması həyata keçirilib. Bu işlər Sırdəryanın buraxılış gücünün artırılması ilə Aral suyu ilə daha çox təmin olunmanı təşkil etmək üçün aparılıb", - Nazarbayev qeyd edib.

"Yaxınlarda biz Sırdəryanın yatağının idarə edilməsi layihəsinin ikinci mərhələsinə başlayırıq. Proqram üzrə ümumilikdə 191 milyon dollar dəyərində 8 komponenti realizə ediləcək. Onların içərisində Sarışaqanak körfəzində 82 milyon dollarlıq qurğular kompleksinin tikintisi də var", - prezident bildirib.

Xəbər lenti

Xəbər lenti