Türkiyə Prezidenti Abdüllah Gül ilə görüşən Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Baxçeli bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması işğal edilən Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkündür. Bu haqda Türkiyənin NETHaber informasiya portalı məlumat verib.
Müxalifət lideri onu da qeyd edib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından və saxta soyqırım iddialarından da əl çəkməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]