...

İranın Məsləhət Şurasının sədri İran prezidentini yalan danışmaqda ittiham edib

Dünya xəbərləri Materials 8 İyun 2009 13:05 (UTC +04:00)

İranın eks-prezidenti və bu ölkənin Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani İran prezidenti Mahmud Əhmədinejadı yalan danışmaqda ittiham edib

"Tənqidlər əgər şəxsə aid olarsa onu bağışlamaq olar, lakin İran İnqilabına, onu himayə edənlərə və ümumiyyətlə İslam İnqilabı sisteminə qarşı olarsa səslənərsə, bu zaman susmaq olmaz və düzgün informasiya verməklə yalan və böhtanların qarşısını almaq lazımdır", - deyə İranın Məsləhət Şurasının sədri Rəfsəncani bazar ertəsi bildirib. Bu barədə İLNA xəbər agetnliyi məlumat yayıb.

İyunun 3-də İran Dövlət Televiziyasının 3-cü kanalı və PressTV kanalında yayımlanan prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mahmud Əhmədinejadın debatı zamanı Əhmədinejad İranın eks-prezidenti Rəfsəncaniyə və ailəsinə qarşı sərt ittihamlar irəli sürüb. Əhmədinejad Rəfsəncanini ona qarşı təxribata rəhbərlik etməkdə və korrupsiyada ittiham edib.

Rəfsəncaninin adından İran televiziyasına müraciət ünvanlanıb. Müraciətdə İran Dövlət Televiziyasından Rəfsəncaninin İran prezidenti Əhmədinejadla teledebat aparması üçün vaxt ayrılması tələb olunub. Müraciətdə bildirilir ki, İran prezidenti Əhmədinejad iyunun 3-də digər namizəd Mir Hüseyn Musəvi ilə canlı debatda İranın Məsləhət Şurası sədrinin ünvanına sərt ittihamlar irəli sürüb. Bu baxımdan Dövlət Televiziyasından seçki kampaniyasının vaxtı bitməmiş tez bir zamanda həmin ittihamları cavablandırmaq məqsədi ilə vaxt ayrılması istənilib. İranın Dövlət Televiziyasının sədri İzzətullah Zərğami Rəfsəncaninin bu istəyinə seçkilərdən sonra baxılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti