...

İsrailin sabiq maliyyə naziri 630 min dolları mənimsəməkdə günahlandırılır

Dünya xəbərləri Materials 8 İyun 2009 15:31 (UTC +04:00)

Bazar ertəsi İsrailin keçmiş maliyyə nazirinə qarşı 2,5 milyon şekel (təqribən 630 min ABŞ dolları) mənimsəməsi ilə ittiham irəli sürülüb. Təl-Əviv rayon məhkəməsi 2007-ci ildə istefaya gedən Avraam Qirşzonu mənimsəmə, fırıldaq və xidməti vəzifəsindən sui-istifadədə təqsirləndirir.

Hüquq mühafizə orqanlarına əsasən, sözügedən cinayət 1998-2005-ci illər ərzində baş verib. Məhz o dövrdə Qirşzon Həmkarlar İttifaqı İşçilərinin Milli Təşkilatına başçılıq edirdi. İsrailin keçmiş maliyyə nazirinə qarşı hökmün bu ay ərzində oxunması gözlənilir.

Qirşzon öz dövründə İsrailin sabiq Baş naziri, korrupsiya ilə bağlı bir sıra məhkəmə araşdırmalarında adı çəkilən Yəhud Olmertin siyasi mütəffiqi olub, İTAR-TASS xəbər verir. 

Xəbər lenti

Xəbər lenti