...

Son hadisəyə görə DİN rəhbəri cavab verməlidir – İran Parlamentinin sədri

Dünya xəbərləri Materials 16 İyun 2009 12:11 (UTC +04:00)

İranda baş verən son hadisəyə görə daxili işlər naziri məsuliyyət daşıyır və buna görə də cavab verməlidir. Bu barədə İİR-in qanunverici orqanının bugünkü iclasında parlament sədri Əli Laricani bildirib. ILNA agentliyi xəbər verir.

O həmçinin əlavə edib ki, Tehran Universitetinin yataqxanasında və digər yataqxanalarda baş verən bütün hadisələr tələbələrin narahatlığına səbəb olub. "Şəxsən mən nir neçə yataqxanaya baxış keçirdim. İstintaq aparılması üçün parlament nümayəndələrindən ibarət komissiya yaradılıb. Daxili işlər naziri məsuliyyət daşıyır və ölkədə baş verən hadisəyə görə cavab verməlidir", - deyə Laricani bildirib. 

İki gün bundan əvvəl prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləmək məqsədi ilə Tehran Universitetinin yataqxanasında aksiya keçiriblər. İran polisi mitinqin yatırılması üçün binanı atəşə tutaraq ona əhəmiyyətli dərəcədə maddi ziyan vurub. Asayiş keşikçiləri ilə toqquşma nəticəsində bir neçə tələbə yaralanıb, bəziləri isə həbs edilib.

İran Prezidenti Mahmud Əhmədinejad və onun əsas opponenti Mir Hüseyn Musəvinin tərədarları arasındakı bazarertəsi gecə baş vermiş toqquşma nəticəsində yeddi nəfər həlak olub. Bu barədə İran dövlət radiosuna istinadən Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti