...

İran Prezidenti Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 15 İyul 2009 16:57 (UTC +04:00)
İran Prezidenti Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

İran Prezidenti Mahmud Əhmədinejad Tehrandan Yerevena uçan və İranın Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə həlak olan sərnişinlərin yaxınlarına başsağlığı verib. Bu barədə Fars News xəbər verib.

Prezident İranın nəqliyyat naziri və digər məsul şəxslərə təyyarə qəzasının səbəblərini tez bir zamanda araşdırmağı və nəticələri elan etməyi tapşırıb.

İranın Qəzvin şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. İran televiziyasının məlumatlarına əsasən, təyyarənin bortunda 168 nəfər olub, onlar arasında 15 ekipaj üzvü və iki uşaq var. MEHR agentliyinin məlumatlarına əsasən, təyyarənin bortunda Yerevana təlim məşq toplantısına yollanan 10 nəfərdən ibarət cüdo üzrə gənclərdən ibarət İran milli komandasının üzvləri də olub.

"Tupolev" narkalı təyyarə İranın "Caspian Airlines" aviaşirkətinə məxsus olub. Tehrandan Yerevana yollanan avialaynerin nömrəsi 7908-dir.

"Təyyarə tamamilə dağılıb. Təyyarədəki bütün sərnişinlər həlak olub, cəsədlər yanmış vəziyyətdədir", - Qəzvin şəhərinin polis rəisi Məsud Cəfəri bildirib. Bu barədə MEHR agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti