...

İordaniya İsrailin Baş nazirinin Yerusəlimin İsrail paytaxtı statusu haqqında bəyanatını tənqid edib

Dünya xəbərləri Materials 21 İyul 2009 20:44 (UTC +04:00)
İordaniya hökuməti bazar ertəsi İsrailin Baş naziri Binyamin Netanyahunun Yerusəlimin yəhudi dövlətinin yeganə və bölünməz paytaxtı qalması və İsrailin Qərb sahilində yəhudi qəsəbələrinin inşasını genişləndirmək hüququna malik olması haqqında bəyanatını tənqid edib, bu barədə Haaretz qəzeti xəbər verir.
İordaniya İsrailin Baş nazirinin Yerusəlimin İsrail paytaxtı statusu haqqında bəyanatını tənqid edib

İordaniya hökuməti bazar ertəsi İsrailin Baş naziri Binyamin Netanyahunun Yerusəlimin yəhudi dövlətinin yeganə və  bölünməz paytaxtı qalması və İsrailin Qərb sahilində yəhudi qəsəbələrinin inşasını genişləndirmək hüququna malik olması haqqında bəyanatını tənqid edib, bu barədə  Haaretz qəzeti xəbər verir.

"BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Şərqi Yerusəlim də daxil olmaqla Qərb sahili işğal edilmiş ərazilərə aiddir", - bu barədə İordaniyanın informasiya işləri üzrə naziri Nabil Şərif bildirib, Petra dövlət agentliyi xəbər verir.

Şərif bildirib ki, Netanyahunun bazar günündə olan bəyanatı "dəqiq qurulan siyasi və qanuni qaydaları heçə çıxaran yanıltmalardan başqa bir şey deyil", o, ABŞ-ın regionda sülhün bərqərar olması və müstəqil Fələstin hökumətinin yaranması yolunda maneə qoyur. 

İsrailin Baş naziri Netanyahu ABŞ-ın Qərb sahilinin ərəb rayonlarında və Yerusəlimdə 20 yeni qəsəbənin inşasının dayandırılması tələbindən imtina edib. İordan çayının qərb sahili və Şərqi Yerusəlim İsrail tərəfindən 1967-ci ildə altı günlük müharibə çərçivəsində işğal edilib.

İsrailin Vətəndaş Hüquqları Assosiasiyasına əsasən İsrail şəhərin işğal olunması günündən etibarən fələstinlilərin şəxsi torpaqlarının 2400 hektardan çoxunu tutub. 2007-ci ilin sonunda 50000-dən çox ev tikilib, onların hamısı yəhudi sakinlərə məxsusdur,  Haaretz yazır.

Çərşənbə axşamı İordaniya parlamentinin 15 deputatı hökumətdən İsrail ilə münasibətlərə yenidən baxılmasını tələb ediblər.

İordaniya Misirdən sonra ikinci ərəb ölkəsidir. O, İsrail ilə diplomatik əlaqələri 1994-cü ildən bərpa edib.

Xəbər lenti

Xəbər lenti