...

İranın təhlükəsizlik qüvvələri silahlı döyüşçülərin müqavimətini qırıb

Dünya xəbərləri Materials 21 İyul 2009 17:57 (UTC +04:00)
Qərbi Azərbaycan əyalətində İran təhlükəsizlik qüvvələri ilə müəyyən edilməmiş silahlı şəxslər arasında kəskin toqquşma baş verib.
İranın təhlükəsizlik qüvvələri silahlı döyüşçülərin müqavimətini qırıb

Qərbi Azərbaycan əyalətində İran təhlükəsizlik qüvvələri ilə müəyyən edilməmiş silahlı şəxslər arasında kəskin toqquşma baş verib.

"Polis əməkdaşları Urmiya şəhərində döyüşçüləri aşkara çıxarıb onları həbs etməyə cəhd göstərərkən qızğın toqquşma baş verib", - Qərbi Azərbaycan polisinin baş əməkdaşı Əli Cədidi deyib. Bu barədə Fars informasiya agentliyi məlumat verib.

"Yeddi saatlıq toqquşma zamanı ən azından bir döyüşçü öldürülüb, tərəflərin hər ikisi ağır itki verib", - Cədidi deyib.

Xəbər lenti

Xəbər lenti