...

İran Parlamentinin nümayəndələri Əhmədinejadı ali dini liderin tələbinə riayət etməyə çağırıblar

Dünya xəbərləri Materials 27 İyul 2009 17:06 (UTC +04:00)
İran Parlamentinin "Üsulgəra" konservativ fraksiyasının üzvü Musarza Sərbətinin bildirdiyinə görə, dünən parlamentin açıq iclasında 205 parlamentarinin imzaladığı müraciət oxunub. Orada dini lider ayətulla Əli Xameneyinin İran Prezidentindən İsfəndiyar Rəhim Məşayini vitse-prezident postundan uzaqlaşdırmağı tələb etdiyi rəyin dəstəklənməsi qeyd olunub.
İran Parlamentinin nümayəndələri Əhmədinejadı ali dini liderin tələbinə riayət etməyə çağırıblar

İran Parlamentinin "Üsulgəra" konservativ fraksiyasının üzvü Musarza Sərbətinin bildirdiyinə görə, dünən parlamentin açıq iclasında 205 parlamentarinin imzaladığı müraciət oxunub. Orada dini lider ayətulla Əli Xameneyinin İran Prezidentindən İsfəndiyar Rəhim Məşayini vitse-prezident postundan uzaqlaşdırmağı tələb etdiyi rəyin dəstəklənməsi qeyd olunub. Bu barədə ILNA informasiya agentliyi xəbər verib.

Bununla yanaşı, parlamentin 200 üzvü İran prezidentinə məktub ünvanlayaraq, Əhmədinejadı dini liderin tələbinə uyğun olaraq onu ən tez müddətdə yerinə yetirməyə çağırıblar.

Turizm və Mədəniyyət Abidələrinin Mühafizəsi İdarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi iyulun 17-də Prezident Əhmədinejad tərəfindən vitse-prezident postuna təyin edilib. Bu qərar iqtidar mühafizəkarlar tərəfindən etirazla qarşılanıb. Etiraz edənlər Məşayini tutduğu vəzifədən azad etməyi tələb ediblər. Məşayi bir müddət əvvəl "İran ABŞ və İsrail xalqlarının dostudur" deməklə qalmaqal yaratmışdı.

Xəbər lenti

Xəbər lenti