Bu gün Suriya Prezidenti Bəşşar əl-Əsədin İrana rəsmi səfəri başlayıb. Tehran aeroportunda onu İranın xarici işlər naziri Mənuçöhr Möttəki qarşılayıb. Bu barədə IRNA informasiya agentliyi xəbər verir.
Bəşşar əl-Əsədin səfəri bir günə planlaşdırlıb. Bu, Mahmud Əhmədinejadın yennidən prezident vəzifəsinə seçilməsindən sonra ikinci rəsmi görüşdür. Suriya Prezidentinin səfərindən öncə İrana Oman rənbəri Sultan Qabus ibn Səid səfər edib. Əl-Əsədin səfəri əvvəlcə dörd gün bundan əvvəl planlaşdırılmışdı, lakin sonra ertələnmişdi. Səfərin məqsədi Əhmədinejadı prezident vəzifəsində işə başlaması münasibətilə rəsmi təbrik etməkdir.
Keçən həftə Fransa Prezidenti Nikola Sarkozi əl-Əsədə İrandakı iyul qarışıqlığı zamanı tutulmuş fransız müəllimə Klotild Reysin azadlığa buraxılmasına dair danışıqlarda iştirak etdiyinə görə minnətdarlığını bildirib.
Bu yaxınlarda Suriya ABŞ-la münasibətlərin yaxşılaşdırılması yönündə addım atıb. Hazırda ABŞ və Suriya öz ölkələrində səfirlik açmağı planlaşdırır. 2007-ci ildə terror aktı zamanı Livanın Baş naziri Rafiq əl-Həririnin həlak olmasından sonra ABŞ Suriya ilə əlaqələri kəsmişdi. Qərb ölkələri terror aktında Suriyanı ittiham edirdilər. Hazırda İranla Suriya arasında diplomatik münasibətlər normal məcrada inkişaf edir. Suriya İranın ən yaxın müttəfiqidir.